Azərbaycanda internetin qiyməti qalxır? - NAZİRLİKDƏN AÇIQLAMA
Azərbaycanda internetin qiymətinin artması ilə bağlı bəzi mətbuat səhifələrində məlumatlar yayılıb. İddialara görə, gələn il internetin qiyməti qalxacaq.
ENA.az xəbər verir ki, Modern.az saytı məsələni dəqiqləşdirmək üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinə müraciət edib.
Eləcə də bax: Azərbaycanda internetin qiyməti qonşu ölkələrdən dəfələrlə bahadır
Qurumun mətbuat katibi Günel Gözəlova saytımıza açıqlamasında qiymətlərdə dəyişiklik olmadığını bildirib:
“Hazırda bununla bağlı hər hansı yenilik, dəyişiklik yoxdur. Müvafiq instansiyalar gələn il aidiyyatı üzrə hər hansı təkliflə çıxış etsə, hər halda məsələyə baxıla bilər. Hazırda internetin qiymətinin qalxması məsələsi gündəmdə deyil”.