Statuslar

Azərbaycanda internetin qiyməti qonşu ölkələrdən dəfələrlə bahadır

Təxminən 35 - 40 xəbər portalı “Ölkədə internetin sürəti zəifləyib? (RƏSMİ)” başlığı altında yazı veriblər. 
Hamısında eyni başlıq və eyni yazı. NRYTN sözçüsünə və mənə istinad ediblər.
Kütləvi tirajlanmadan belə qənaətə gəlmək olar ki NRYTN həmin yazının getməsində çox maraqlı olub.
Dərhal qeyd edirəm və təəssüflə bildirirəm ki Oxu.az-ın əməkdaşının məndən aldığı açıqlamanın çox cüzi bir hissəsi verilib. Bilmirəm bu məqsədyönlü olaraq ya tələskənlikdən edilib, amma bununla da problemin mahiyyəti ilə bağlı dediklərim öz əksini tapmayıb.
Provayderlərin çəkidə aldatması ilə bütövlükdə ölkədə internetin keyfiyyəti və qiyməti problemi çox fərqli məsələlərdir.

1. İnternet bazarın 65%-nə NRYTN tabeliyində olan qurumlar 
( Baktelecom, Aztelekom, Azeurotel , AzDataCom, Azercell ) nəzarət edir. 
Bu qurumların satdığı İnternet kifayət qədər bahadır.
Məsələn, 
10 manat – 1 mb/s Aztelekom - ADSL
30 manat - 5 mb/s -Aztelekom – ADSL
30 manat - 6 mb/s -Baktelecom – ADSL

18 manat, 20 mb/s, Baktelecom -OPTİK
80 manat , 100 mb/s, Baktelecom, OPTİK

Müqayisə üçün :
Ukrayna
6 manat, ADSL+, 20 mb/s
(8 manat, optik internet, 100 mb/s , Ukrtelekom)

Qazaxstan 
15 manat, ADSL 4 mb/s +aylıq tel.+aylıq mobilə zənglər .
( 30 manat , optik internet, 200 mb/s, Kaztelekom)

Rusiya (Moskva) 
15 - 20 manat, optik, 150 – 500 mb/s (Rostelekom)

Gürcustan
30 manat, 50 mb/s ( Magticom)

2. NRYTN haqsız rəqabət aparır. (Antiinhisar dövlət qurumu da artıq bu barədə qərar qəbul edib)
Özəl provayderlər sürətli internet xidməti çəkmək üçün dövlətə məxsus rabitə resurslardan istifadə edə bilmirlər. NRYTN tabeliyində olan dövlət provaydreləri isə bu resurslardan sərbəst istifadə edirlər.
3. Özəl provayderlərin qiymət endiriminə NRYTN tabeliyndə olan dövlət provayderləri mane olur. İnternet bazarın 65% nə nəzarət edən dövlət provayderləri DeltaTelecom-un 70% qiymət endirimini baykot etdilər .
4. Müşahidələr və monitorinqlər göstərir ki provayderlər interneti topdan alanda öz müştərilərinin sayına və tələbatına uyğun həcmdə deyil, daha az trafik alırlar. 
Dövlət və özəl provayderlərin “çəkidə aldatma” və digər sui istifadə hallarının qarşısını almaq üçün dövlət və ictimai nəzarət güclənməidir.

İnternetin keyfiyyəti və qiyməti problemini həll etmək üçün Nə etməli ?
1. Qiyməti bazar müəyyən etmədiyinə görə NRYTN dövlət provayderlərinə göstəriş verməlidir ki qiymətlər 3-4 dəfə endirilsin. Bundan sonra özəllər bazara uyğun olaraq qiyməti endirəcəklər.
Sürətli internet xidməti üçün dövlət rabitə resurslarından istifadə ilə bağlı müəyyən olunan tariflər endirilməlidir
2. NRYTN-nin haqsız rəqabətinə son qoyulmalıdır, Antiinhisar dövlət qurumunun qərarı icra olunmalıdır. Özəl İSP-lərə şərait yaradılmalıdır. Regionlarda Aztelekom və Bakı ətrafında Baktelekom dövlət provayderlərin hökmran mövqe tutmasına son qoyulmalıdır. Kabel-kanal sistemindən istifadə Qaydaları hazırlanmalıdır.
3. Backbone (magistral) provayderlər topdansatış qiymətləri endirməlidrilər, İSP-lərə ictimai nəzarət imkanları yaratmalıdırlar
4. Dövlət provayderləri özəlləşdirilməlidir
5. Hökumət sektroda rəqabətli mühitin formalaşması üçün Strateji Yol Xəritəsində nəzərdə tutulanları tezliklə həyata keçirməlidir. Regionlarda sürətli internetin inkişafı üçün xüsusi dövlət Proqramı hazırlanmalıdır
6. Müqavilədə göstərilən sürəti verməməyə görə, "çəkidə aldatma" ilə bağlı sərt tədbirlər görülməlidir.

 

Osman Gündüz
“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department