Əli Həsənov vəzifədən azad edilməsinə münasibət bildirdi
Dünən Əli Həsənovun Prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi vəzifəsindən azad edilməsi gözlənilməz oldu.
“ENA” xəbər verir ki, Əli Həsənov, “Prezidentin Sizin vəzifədən azad edilməsi barədə Sərəncam imzalayacağını gözləyirdiniz?” sualına cavab verib.
Əli Həsənov deyib:
“Mən son 3 ildə səhhətim ilə bağlı cənab Prezidentdən dəfələrlə xahiş etmişdim ki, məni gərgin işdən azad etsin. Mən 53 yaşında 2 dəfə açıq ürək əməliyyatı keçirtmişəm, bir dəfə infarkt keçirtmişəm. Yəni, mənim sağlamlığım, mənim mövcudluğum Allaha bağlıdır. Bu iş mənim üçün həddindən artıq gərgin idi. Mən son 3 ildə dəfələrlə cənab Prezidentə “imkan varsa mənim işimi dəyişin” şəkilində müraciət etmişdim. Bu gün də təşəkkür edirəm ki, mənim müraciətimi də nəzərə alaraq, yəqin ki, onun özünün bununla bağlı digər planları, proqramları və səbəbləri var və məni azad etdi. Prezidentin sərəncamına görə mən ona təşəkkür edirəm.
Eləcə də bax: Əli Həsənov vəzifəsindən azad edildi