Azərbaycanın aparıcı holdinqinin rəhbərliyi dəyişir
“Modern Group of Companies” MMC-nin icraçı direktoru dəyişir.
“ENA” xəbər verir ki, indiyə qədər holdinqə rəhbərlik edən Anar Bayramovu dekabrın 1-dən Mehman Veysəlov əvəz edəcək.
Yeni icraçı direktor bundan əvvəl distribyutor şirkəti olan “Aztrade” MMC-də çalışıb. A.Bayramov isə bundan sonra holdinqin aparıcı müəssissi olan "Azgranata" şirkətinə rəhbərlik edəcək.