Azərbaycanın 12 sığorta şirkəti kiçilib - SİYAHI
2018-ci ilin yanvar-oktyabr dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-oktyabr dövründə Azərbaycanın 22 sığorta şirkətindən 12-sinin topladığı sığorta haqları azalıb.
“ENA” Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına istinadən xəbər verir ki, müqayisə olunan dövrdə 9 sığorta şirkətinin topladığı sığorta haqları artıb, 1 sığorta şirkəti bu il fəaliyyətə başladığından müqayisə mümkün deyil.
Topladığı sığorta haqları azalan şirkətlər: “Amrah Sığorta”, “AtaSığorta”, “Atəşgah Həyat”, “Atəşgah”, “AXA MBASK”, “Azərbaycan Sənaye Sığorta”, “Azsığorta”, “Günay Sığorta”, “Meqa Sığorta”, “PAŞA Həyat Sığorta”, “Qala Həyat” və Standard Insurance”.
Qeyd edək ki, həyat sığortası şirkətlərinin topladıqları sığorta haqlarının azalması qanunvericiliyə edilmiş dəyişikliklərin 2019-cu ilin Yanvarından qüvvəyə minməsi ilə bağlıdır.
2018-ci ilin yanvar-oktyabr dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-oktyabr dövründə Azərbaycanın 22 sığorta şirkətindən 13-nün sığorta ödənişləri artıb, 8-də azalıb. 1 sığorta şirkəti bu il fəaliyyətə başladığından müqayisə mümkün deyil.
Sığorta ödənişləri azalan şirkətlər: “Atəşgah Həyat”, Atəşgah”, “AXA MBASK”, “Azərbaycan Sənaye Sığorta”, “Azsığorta”, “Günay Sığorta”, "Naxçıvansığorta" və “Qala Həyat”.
Sığorta şirkətlərinin topladıqları sığorta haqları və sığorta ödənişlərinin dinamikası ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz.