MALİYYƏ

Dolların qiyməti 6 həftənin ən yüksək səviyyəsinə yaxınlaşıb

Dolların qiyməti, ABŞ ilə Çinin birinci mərhələ ticarət razılaşmasına yaxınlaşdığına dair siqnalların təsiri ilə altı həftənin ən yüksək səviyyəsinə yaxınlaşıb. 

ABŞ Prezidenti Donald Trampın ticarət razılaşması haqqında Çərşənbə axşamı günkü açıqlamasının ardından Dollar əksər G - 10 valyutası qarşısında dəyər qazanıb. Tramp Çin ilə birinci mərhələ ticarət razılaşmasının tamamlanmağa yaxın olduğunu söyləyib.

"Marja" xəbər verir ki, Dolların G - 10 valyutaları qarşısındakı dəyərini ölçən Bloomberg Dollar İndeksi (BBDXY) 0.1% də yüksələrək keçən yeddi sənasan qazancını 0.6%-ə qaldırıb. Bakı vaxtı ilə saat 10:30-da indeks 1208.95-ə bərabər olub.

Ağ Evdə verdiyi açıqlamada "Çox əhəmiyyətli bir razılaşmanın son mərhələsindəyik" deyən Tramp, sonra etdiyi başqa bir açıqlamada ABŞ üçün daha yaxşı şərtlər təmin etmək üçün ticarət razılaşmasını gözlətdiyini söyləyib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)