“Bu il büdcəyə 700 milyon manat əlavə vəsait köçürəcəyik”
Dövlət Gömrük Komitəsi (DGK) 2019-ci ilin dövlət büdcəsi ilə bağlı proqnoz tapşırığına noyabrın 5-də 100% əməl edib. 10 ay ərzində isə büdcə öhdəliyi 123% yerinə yetirilib.
“ENA” xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfrasında Komitənin sədri Səfər Mehdiyev məlumat verib.
“Bu gedişlə bu il büdcəyə 700 milyon manat əlavə vəsait köçürəcəyik”, - o qeyd edib.
Xatırladaq ki, bu il DGK-nın büdcə öhdəliyi, təxminən, 3,7 milyard manatdır.
Eləcə də bax: Köhnə avtomobillərə gömrük rüsumları - QALDIRILACAQ – YENİ MÜDDƏT QOYULDU - RƏSMİ AÇIQLAMA