Avtomobil

“Tesla” “Cybertruck” üçün minlərlə sifariş alıb

“Tesla” noyabrın 21-də Los-Ancelesdə təqdimatı keçirilən “Cybertruck” yeni elektrik pikapı üçün artıq 146 min sifariş alıb.

Bu barədə “Tesla”nın baş direktoru İlon Mask özünün “Twitter” səhifəsində bildirib.

O qeyd edib ki, bu qədər sifarişi heç bir reklam kampaniyası aparmadan alıb.

Müştərilərin ilk pikapları 2021-ci ilin əvvəlində alacaqları gözlənilir.

Xatırladaq ki, təqdimat mərasimində tamaşaçılara trapesiya formalı zirehli avtomobil nümayiş etdirilib və bildirilib ki, onun dəyəri 39,9 min dollardan başlayacaq.

 

 

 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)