Nazirlik Vahid Mustafayevin şirkətindən 50 min manata saatlar alır
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yerli saat istehsalçısı “VMF” Şirkəti ilə iki müqavilə – 29 225 manat və 20 500 manatlıq müqavilə imzalayıb. Ümumi müqavilənin dəyəri 49 725 manat təşkil edəcək.
ENA.az xəbər verir ki, Şirkət nazirlik tərəfindən maliyyələşdirilməsi həyata keçirilən məhkəmələr üçün Ədliyyə Nazirliyinin emblemi həkk olunmuş hədiyyə xarakterli kişi və qadın qol saatlarının alınması həyata keçirəcəkdir.
VMF Şirkəti 1997-ci ildən Azərbaycan saat bazarının iştirakçısıdır, Dünya şöhrətli İsveçrə və Yaponiya saat markalarının ölkəmizdə tanınması və satılmasını həyata keçirir. Şirkətin kalleksiyasına baxdıqda “VMF” üzrə o qədər də yüksək seqmenti əhatə edən qiymətlərə rast gəlinmir. Belə ki, saatların ən bahası hesab edilən VMF-KLASSIK-MUĞAM-ın dəyəri 490 manat təşkil edir.
VMF Şirkətinin yaradılması “ANS Şirkətlər Qrupunun” qurucusu Vahid Mustafayevdir. Şirkətin adındakı həriflər Vahid Mustafayev Fondu-nun abreviaturasıdır.