Azərbaycan fındığının Avropaya qablaşdırılmış şəkildə ixracı rəqabətqabiliyyətli deyil
"Azərbaycan fındığının Avropaya qablaşdırılmış şəkildə ixracı rəqabətqabiliyyətli deyil, ona görə biz xam məhsul ixrac etməyə məcburuq".
"ENA" xəbər verir ki, bunu Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri İsmayıl Orucov "Biznes Həyatı" jurnalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Gürcüstan 2015-ci ildən "Assosiation Agreement" çərçivəsində xam fındığı ixrac edir: "Amma əfsuslar olsun ki, Azərbaycan xam məhsulu 3,2 faiz vergi tarifi ilə ixrac edir. Qeyd edim ki, bu Türkiyənin vergi yükü ilə eynidir. Daha pisi odur ki, Azərbaycanın fındıqçılıqda son məhsuluna isə 11,2 faizlik vergi tətbiq olunur. Ona görə də bizim son məhsulumuz rəqabətqabiliyyətli deyil, biz yalnız xam məhsul ixrac etməyə məcburuq".