Rəsmi

Nazir idarə rəisini işdən çıxardı

Təhsil naziri Ceyhun Bayramovun əmri ilə Sabirabad 12 saylı Regional Hesablaşma idarəsinin rəisi Elxan Əsədov vəzifəsindən azad edilib.
 
BI” xəbər verir ki, idarədən məlumatı təsdiqləyiblər.
 
Həmçinin idarədən o da bildirilib ki, artıq Elxan Əsədovun yerinə təyinat da olub.

Eləcə də bax: Gürcüstandan gətirilən zərərli kartofla bağlı - AÇIQLAMA
 
“Bir müddət əvvəl təhsil naziri Ceyhun Bayramovun əmri ilə Sabirabad 12 saylı Regional Hesablaşma idarəsinin rəisi Elxan Əsədov işindən azad edilib. Elxan Əsədovun yaşla əlaqədar işinə xitam verilib. Nazirin digər əmri ilə artıq idarəyə yeni rəis də təyin olunub. İdarənin yeni rəisi Üzeyir Qasımovdur”.

Sabirabad 12 saylı Regional Hesablaşma idarəsinin yeni rəisi Üzeyir Qasımov bu təyinatadək Dövlət Sosial Müdafiə Fondunun Sabirabad rayon şöbəsinin baş mühasibi işləyib.

2016-cı ilin əvvəlindən fəaliyyət göstərən bu mərkəz Sabirabad, Saatlı, İmişli, və Beyləqan rayonlarını əhatə edir.

Eləcə də bax: Oqtay Şirəliyev direktoru işdən azad etdi

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)