Azərbaycanda daha bir bank rebrendinq etdi
Rabitəbank dəyişmək vaxtı olduğunu elan etdi.
ENA.az xəbər verir ki, bankın loqosu, korporativ üslubu dəyişdi və bununla yanaşı, Azərbaycanda yenilik olan kart məhsulları və çat-bot məhsulu istifadəyə verildi. "Rabitəbank"ASC-nin İdarə Heyətinin sədri Elçin Qədimovun sözlərinə görə, yaradılan yeni məhsullar məhz rahatlığı ilə seçilir.
"Rahat bankçılıq" şüarını iş prinsipini seçən "Rabitəbank" rəqəmsal və dicital həllərlə müasir bank xidmətlərinə tələbatı qarşılamağı qarşısına məqsəd qoyub.