Dolların sabaha olan məzənnəsi
![](https://ena.az/uploads/news/2019-11/_ena_50ed84187e91ffedfd5635b5f_o.jpg)
Noyabrın 20-nə manatın məzənnəsi açıqlanıb.
Mərkəzi Bankdan verilən məlumata görə, 20.11.2019-cu il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, 2019-cu il noyabrın 19-da da USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.