Avtomobil

Daimler, General Motors, Honda , BMW kimi şirkətləri geridə qoyub, ən bahalı üçüncü avtomobil istehsalçısı oldu

Tesla şirkətinin təkcə elektromobil istehsal etməməsinə baxmayaraq məhz elektromobil satışları şirkət gəlirinin əsas hissəsini təşkil edir. Yeni analitik hesabata əsasən isə Elon Musk-ın şirkəti bazar dəyəri üzrə ABŞ-ın ən bahalı avtomobil istehsalçıları arasında üçüncü yeri tutmaqla yanaşı həmçinin Avropanın və Yaponiyanın ən məşhur brendlərini də geridə qoyub. Bu barədə IThome saytı xəbər verib.

    Yahoo və Google məlumatlarıına əsasən Tesla-nın bazar dəyəri 62.39 milyaard dollar təşkil edir. Siyahıda Tesla-dan yuxarıda yalnız Volkswagen (98.94 milyard dollar) və Toyota (205.34 milyard dollar) dayanırlar. Tesla isə öz növbəsində DaimlerGeneral MotorsHonda və BMW kimi şirkətləri geridə qoyub. Mütəxəssislər güman edirlər ki, Tesla-nın bazar dəyərinin yüksəlməsi Almaniyada Gigafactory zavodunun inşa edilməsi ilə əlaqəlidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)