Vakansiyalar

Qida Təhlükəsizliyi İnstitutu işə qəbul üçün vakansiya - ELAN EDİB

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) Bakı şəhəri və regionlar üzrə qida təhlükəsizliyinə nəzarət sahəsində həyata keçirilən uzunmüddətli layihə çərçivəsində kadr potensialının gücləndirilməsi üçün epidemioloq, həkim-gigiyenist, standartlaşdırma və sertifikasiya mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, qida məhsulları mühəndisliyi, baytarlıq, aqronomluq və bitki mühafizəsi, eləcə də kimya ixtisasları üzrə mütəxəssislərin işə qəbulu məqsədilə müsahibə elan edib.

İnstitutdan "ENA"ya verilən məlumata görə, müsahibədə magistratura təhsilli, rus və ya ingilis dili bilənlərə üstünlük veriləcək. Üstünlüklərdən biri də əmək fəaliyyəti zamanı istehsalatdan ayrılmadan aidiyyəti təlim, təkmilləşmə və yenidənhazırlanma təlimlərinə cəlb olunacaqlar.

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu yerinə “AQTİ layihəsi - (aidiyyəti ixtisası)” yazaraq hr.aqti@afsa.gov.az e-poçt ünvanına göndərə bilərlər. 

Tələblərə cavab verən namizədlərin CV-ləri təhlil edilərək müsahibəyə dəvət olunacaqlar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department