Sosial iqtisadiyyat

"Gələn il ÜDM-in 3%, növbəti illərdə isə 3,3% artacağı proqnozlaşdırılır"

"Ümumi Daxili Məhsulun gələn il 3%, növbəti illərdə isə 3,3% artacağı proqnozlaşdırılır".

ENA” xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, gələn il üçün inflyasiya 4,6%, sonrakı il üçün isə 4% ətrafında olacağı proqnozlaşdırılır: “Gələn il neft-qaz sektorunda 1,6%, növbəti illərdə isə 3% artımı proqnozlaşdırılır. Bu ilin ayında qeyri-neft senayesində əlavə dəyər 16,6% artıb. Növbəti ildə aqrar sektorda 4,8%, sonrakı 3 ildə orta hesabla 4,3% artım gözlənilir”.

M. Cabbarov bildirib ki, cari ilin 9 ayında Azərbaycana səfər edən xarici vətəndaşların sayı 9,5% artaraq 2,4 mln nəfəri ötüb. Növbəti illərdə yeni turizm zonalarının yaradılması, viza rejiminin sadələşdirilməsi beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi, hava əlaqələrinin yaxşılaşdırılması, özəl investisiyaların cəlb edilməsi bu sahənin inkişafına təkan verəcək. Gələn il turizm sektorunda 6%, növbəti 3 ildə isə orta hesabla 5,6% artması gözlənilir. Qarşıdakı illərdə genişzolaqlı internet xidmətlərinin əhatə dairəsi genişləndiriləcək”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)