Sosial iqtisadiyyat

“Sizə $1 mlrd. təklif etsələr, cavabınız nə olar?” – “Instagram”ın təsisçisi şirkətini niyə satdı

“Instagram” ın həmtəsisçisi olan Kevin Systrom, 2012-ci ildə şirkətini 1 milyard dollar qiymətinə “Facebook” a satmaq qərarına dair açıqlama verib. Belə bir məbləğdən imtina etmək həqiqətən də asan deyil, biznesmen etiraf edir.

“Kimsə sizin yanınıza gələrək 1 milyard dollar təklif etsə, nə cavab verəcəksiniz?”,  – deyə Kevin Systrom Nyu-Yorkda keçirilmiş konfransda söyləyir.

O əlavə olaraq bildirir ki, böyük şirkətlərə kiçik şirkətləri almağa icazə verilməsə idi, heç bir texnologiya “işıq üzü” görməzdi. Nümunə kimi Kevin Systrom “Facebook” un satın aldığı “Oculus” startapının adını çəkir. Qeyd edək ki, onun üçün şirkət 2 milyard dollar pul ödəmişdir. Systrom hesab edir ki, başqaları onu “Instagram” ı satmaq qərarına görə haqsız olaraq qınayırlar.

2012-ci ildə “Instagram” da cəmi 13 nəfər işçi çalışırdı (onlardan iksi şirkətə “udmadan” bir ay öncə düzəlmişdir) . “Facebook” un rəhbəri Mark Zuckerberg , xidmətin müstəqil qalacağına söz vermişdir. Systrom və “Instagram” ın digər həmtəsisçisi olan Mike Krieger, sövdələşmədən sonra sosial şəbəkəni idarə etməyə davam etdilər, lakin hər ikisi də keçən il şirkətdən ayrıldı. Rəsmi olaraq tərəflər bunun səbəblərini şərh etməyiblər.

Mart ayında Systrom xidmətin öz müstəqilliyini itirməsi əslində yaxşı olub: “Instagram” bunun müqabilində yeni resurs əldə edərək xeyli böyüdü. “Siz seçim etməlisiniz: uğursuz, kiçik və müstəqil olmaq, yoxsa yox?”, – biznesmen qeyd edir. “Düşünürəm ki, pulun çoxluğu heç bir əhəmiyyət kəsb etmir. Onlar səni xoşbəxt etmirlər. Olar sağlamlıqla bağlı olan problemləri həll etmirlər. Onlar sənə bir çox şeydə kömək edə bilərlər. Bir gün səhər yuxudan oyanıb başa düşürsən: “Hə, bu çox əladır, lakin çox tez keçir. Bank hesabımı hər səhər yoxlamıram”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)