Dünya ölkələrinin borcu yeni rekord səviyyədə
Dünya ölkələrinin borcu record həddini aşaraq 188 trilyon dollara çatıb.
Bu barədə BVF-in saytında fondun rəhbəri Kristalina Qeorqiyeva bildirib.
Onun sözlərinə görə, borcun ölçüsü bütün dünya ölkələrinin ümumi daxili məhsulundan 2,3 dəfə çoxdur.
Bu arada özəl sektorun borcu ümumi məbləğin 2/3 hissəsini təşkil edir.
Belə olduğu təqdirdə ödəmələri təmin etmək daha problemli olacaq və bu qlobal iqtisadi böhrana gətirib çıxara bilər.