Birja

Azərbaycanın lizinq şirkəti manatla istiqraz buraxır

Maliyyə Bazarlarına Nəzarət Palatası "Ekolizinq" MMC-nin istiqraz emissiyasını dövlət qeydiyyatına alıb.

Emissiya hər birinin nominal dəyəri 1 000 manat olan 700 ədəd istiqrazın dövriyyəyə buraxılmasını nəzərdə tutur.

Qiymətli kağızlar qapalı üsulla yerləşdiriləcək.

Xatırladaq ki, "Ekolizinq" bu ilin may ayında hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 670 ədəd istiqraz da buraxmışdı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)