“WhatsApp”da gizlilik parametrləri dəyişdirildi - YENİLİK
“WhatsApp” mesencerində qruplar üçün gizlilik parametrləri yeniləndirilib.
“ENA” şirkətin bloquna istinadən xəbər verir ki, bundan belə istifadəçilərin qruplara yeni üzvlərin dəvətinə nəzarət imkanları genişlənir.
Belə ki, yeni iştirakçı yalnız bütün istifadəçilərin razılığı ilə çata dəvət oluna bilər. Razılıq vermək üçün “Gizlilik”, daha sonra “Qruplar” bölməsinə daxil olaraq qruplara dəvətin bir neçə variantından birini seçmək lazım gəlir.
Başqa bir funksiya vasitəsilə istifadəçi onu çata dəvət edəcək müsahibini seçmək imkanı əldə edir.
Eləcə də bax: "Whatsapp'a barmaq izi skanı ilə giriş funksiyası əlavə edildi