Bakının kanalizasiya sistemi təkmilləşdiriləcək
“Bakının mərkəzini bəzən yağış suları basır, buna səbəb kanalizasiya xətlərinə atılan tullantılardır”.
“ENA” xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov deyib.
Eləcə də bax: Bakının bu qəsəbələrində yağışdan sonra gölməçələrin yaranmasının qarşısı alınacaq
“Kanalizasiya xətlərinə bazarlardan və ticarət mərkəzlərindən artıq tullantılar atılır. Yağıntının həcmi böyük olanda isə xətlər suyu daşıya bilmir. Kanalizasiya xətləri mütəmadi olaraq təmizlənir. Bununla belə, bir sıra ərazilərdə yağış barmaqlıqlarınin sayının artırılması nəzərdə tutulur. Həmçinin, gələn ildən Bakının kanalizasiya sistemnin təkmilləşdirilməsi ilə bağlı layihə icra ediləcək”, - deyə o, qeyd edib.