Nazir müavini: Özəl internet provayderlərinə fəaliyyət göstərmək üçün tam şərait yaradılıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycanın özəl internet provayderi “Avirtel” MMC ilə nazirliyə məxsus “Aztelekom” MMC arasında yaranmış narazılığa münasibət bildirib.
Qurumun mövqeyini nazir müavini Elmir Vəlizadə açıqlayıb.
Onun sözlərinə görə, nazirlik özəl internet provayderlərinə fəaliyyət göstərmək üçün tam şərait yaradıb.
“Bununla belə, əgər hər hansı provayderin nədənsə narazılığı varsa, nazirliyə müraciət edə bilər. Bütün şikayətlərə baxılır”, - deyə nazir müavini qeyd edib.