BİZNES

“Tesla” şirkətinin rəhbəri dəyişib

ABŞ-ın elektrik maşınlar istehsalçısı “Tesla” şirkətinin İdarə Heyətinin sədrliyinə İlon Mask əvəzinə Robin Denholm seçilib.

BI” xarici KİV-ə istinadən xəbər verir ki, 2014-cü ildə “Tesla”ya gələn R.Denholm əvvəllər çalışdığı Avstraliyanın “Telstra Corp.” Telekomunikasiya şirkətini tərk etmişdi.

“Bu şirkətə, onun missiyasına inanıram, İlona və “Tesla” komandasına sabit mənfəət və səhmlərində uzunmüddətli yüksək qiymət əldə etmələrinə kömək edəcəyimi səbirsizliklə gözləyirəm”, - Denholm bloqunda yazıb.

Digər tərəfdən, Qiymətli Kağızlar və Mübadilə Komissiyası (Securities and Exchange Comission – SEC) ilə razılaşmaya əsasən, yaratdığı şirkətin direktorlar şurasının sədrliyindən gedən İlon Mask şirkətin səhmlərini satın alacağı barədə "Twitter"də yazdığı xəbərlərlə investorları aldatmaqda ittiham olunmuşdu. Komissiya sözügedən vəzifədən istefa verməsi və 20 milyon dollar cərimə ödəməsi müqabilində üzərindən bu ittihamı götürməyə razılaşmışdı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)