Azərbaycan şirkəti ABŞ-a mebel ixrac etməyə davam edir
Balaxanı Sənaye Parkının rezidenti “Foriella MMC” Amerika Birləşmiş Ştatlarına mebel ixracına dəvam edir.
“Foriella” MMC-nin Baş direktru Fərman İslamlının bildirdiyinə görə, artıq sifarişlərin icrasına başlanıb:
“05 Noyabr tarixində 450 dəst mebel yola cıxıb. 2019-cu ilin sonuna kimi 100 min dollar dəyərində məhsul yüklənib göndəriləcək. İlin sonuna kimi olan sifarişlərin ödənişi artıq hesabımıza daxil olmuşdur. 2020-ci ildədə əməkdaşliğimiz dəvam edəcək”.
Xatırladaq ki, bu ilin iyul ayında "Foriella" MMC ABŞ-a məhsul ixracına başlayıb.