Rəsmi

Nazirlik Neft Emalı Zavodunu məhkəməyə verir

7 noyabr 2018-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Neft  Emalı Zavodundan havaya atılmalarla bağlı daxil olan məlumat əsasında ətraf ərazidən götürülən nümunələrin üzərində aparılan analizlərin nəticələri məlum olub. Nəticələrə görə qaz birləşmələrinin sanitar normadan artıq olduğu müəyyən edilib.

"BI" xəbər verir ki, faktla bağlı Neft Emalı Zavodunun hüquqi şəxs qismində  məsuliyyətə cəlb edilməsi üçün sənədlər məhkəməyə göndəriləcək. Zavodun 3 saylı istehsalat sahəsinin 31 nömrəli Katalitik Riforminq qurğusunun sobasında texnoloji prosesin pozulması nəticəsində atmosferə zərərli atılmalara görə isə cavabdeh olan sahə rəisi Fərhad Fiqarov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində İnzibati Xətalar Məcəlləsinə əsasən 4000 manat məbləğində cərimə olunub.  

Baş vermiş qəzanın səbəblərinin araşdırılması, gələcəkdə belə hallara yol verilməməsi, eləcə də texnoloji prosesin pozulmasında təqsirli olan digər şəxslərin müəyyənləşdirilib məsuliyyətə cəlb edilmələri üçün  Neft  Emalı Zavoduna icrası məcburi olan “məcburi göstəriş” verilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department