Sosial iqtisadiyyat

Ölkədən müvəqqəti çıxarılan avtomobilin gec qaytarılmasına görə böyük cərimənin ləğvi təklif edilir

Son dövrlərdə şəxslər tərəfindən xarici ölkə qeydiyyatında olan nəqliyyat vasitələrinin ölkə ərazisində daimi qeydiyyata alınmadan müvəqqəti olaraq istifadə edilməsi halları nəzərəçarpacaq dərəcədə artıb.

Bunu Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi Mirqasım Vahabov bildirib.

İdarə rəisi deyib: Eyni zamanda ölkə ərazisinə müvəqqəti gətirilmə zamanı “Avro-4” ekoloji standartları tələb olunmur və bu zaman ekoloji cəhətdən mənfi təsirləri daha çox olan, eləcə də təhlükəsizlik baxımından texniki şərtləri ödəməyən minik avtomobillərinin ölkə ərazisində uzun müddət qalmaqla istifadəsinə şərait yaranmış olur. Bu baxımdan, nəqliyyat vasitələrinin ölkədə müvəqqəti qalma müddəti və istifadəsinə riayət olunması daima nəzarətdədir. Digər tərəfdən, ölkədən müvəqqəti çıxarılan avtomobilin qanunvericilik aktlarında qeyd olunan müddətdən artıq qalaraq və sonradan ölkəyə qaytarılan zaman müddətin keçməsi ilə əlaqədar böyük məbləğdə cərimələrin tətbiqi məsələsinin aradan qaldırılması məqsədi ilə qanunvericilik aktlarında dəyişikliklərin edilməsi üzrə təkliflər Dövlət Gömrük Komitəsi tərəfindən Nazirlər Kabinetinə təqdim edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)