TURİZM

Bu ay milli parklarda bir sıra tədbirlər təşkil olunacaq - SİYAHI

"Azərbaycanın milli parklarında noyabr ayında müxtəlif yaş qruplarını əhatə edən maraqlı və rəngarəng tədbirlər keçiriləcək". 

"ENA" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib. 

O bildirib ki, qaçış, veloyürüş, atla yürüş, piyada yürüş, həvəskar balıq ovu turniri və macəra turizmi kimi tədbirlərin keçirilməsində məqsəd milli parklarda ekoturizm potensialının təbliği və milli parklara turistlərin marağının artırılmasıdır.

Milli parklarda təşkil olunacaq tədbirlərin siyahısını təqdim edirik: 

3 noyabr, saat 8:00 – Şirvan milli parkı – həvəskar balıq ovu turniri;

5 noyabr, saat 9:00 – Samur-Yalama milli parkı – milli parkın yaradılması günü ilə əlaqədar açıq qapı günü;

9 noyabr, saat 10:00 – Abşeron milli parkı – qaçış marafonu;

11 noyabr, saat 11:00 – Hirkan milli parkı – veloyürüş;

14 noyabr, saat 11:00 – Göygöl milli parkı – macəra turizmi;

17 noyabr, saat 10:00 – Şirvan milli parkı – quşların müşahidəsi və ornitoloji seminar;

19 noyabr, saat 10:00 – Ağgöl milli parkı – həvəskar balıq ovu turniri;

21 noyabr, saat 10:00 – Şahdağ milli parkı (İsmayıllı bölməsi) – atla yürüş;

23 noyabr, saat 10:00 – Altıağac milli parkı – piyada yürüş marafonu;

27 noyabr, saat 10:00 – Qızılağac milli parkı – həvəskar balıq ovu turniri;

29 noyabr, saat 10:00 – Şahdağ milli parkı (Şabran bölməsi) – ümumdünya təbiəti mühafizə cəmiyyətinin yaranması ilə əlaqədar seminar.

İştirak etmək istəyənlər Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı departamentinin əməkdaşı Aytac Tağıyeva ilə (012) 566-26-10 əlaqə saxlaya bilərlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department