BİZNES

"Azərbaycan dünyanın 50-ə yaxın ölkəsinə meyvə şirələri ixrac edir"

"Azərbaycan istehsalı olan meyvə şirələri dünyanın 50-ə yaxın ölkəsinə göndərilir".

"ENA" xəbər verir ki, bunu Azərbaycan İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bu gün Bakıda keçirilən Avrasiya forumunda bildirib.

Onun sözlərinə görə, Azərbaycan iqlim şəraitindən yararlanaraq fərqli kənd təsərrüfatı məhsullarını yetişdirir: "Azərbaycanda meyvə şirələrin hazırlanması ənənəvi sahədir. Meyvə şirələrinin istehsalı ümumi istehsal sahəsinin 40 faizini təşkil edir".

Nazir müavini vurğulayıb ki, ötən il 29 mln litr meyvə şirələri istehsal edilib, 2017-ci ildə isə bu göstərici 22 mln litr təşkil edib: "Ən böyük məqsədlərdən biri meyvə şirələrin ixracını genişləndirməkdir".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)