Vahid Əhmədov: Məmurlarımızın çoxu dövlət büdcəsi hesabına bizneslə məşğuldurlar - VIDEO
ENA.az xəbər verir ki, millət vəkili və tanınmış iqtisadçı Vahid Əhmədov İTV kanalının efirindən məmurlara qarşı ciddi iradlar səsləndirib. "17 ildir Milli Məclisdə "Rəqabət Məcəlləsi"ni qəbul edə bilmirik. Hər sessiyada bu məsələni qaldırıram. İnhisarçılıqla məşğul olanlar bu məcəllənin qəbul edilməsinə imkan vermirlər” deyən deputat məmurların gəlir deklorasiyası verməsi və maliyyə aministisiyası barədə də kəskin danışıb.
Nə qədər məmur, oliqarx biznes söhbəti varsa, Azərbaycanda inhisarçılıq ləğv olunan deyil. Birinci bunu ləğv etməliyik. O məmurlar ki, inhisarçılıqla mışğul olurlar, onlar Rəqabət Məccəlləsinin qəbul olunmasına imkan vermirlər. Prezident inhisarçılıq və Rəqabət Məccəlləsi ilə bağlı məsələni strateji yol xəritəsinə saldı.
Eləcə də bax: Məmur biznesinə son qoyulur? - “Dövlət başçısı bu məsələdə israrlıdır”
Yəqin ki, “Gəlir deklorasiyası” haqqında qanun qəbul etmişik, Prezident Nazirlər Kabinetinə göstəriş verib ki, normativ sənədi hazırlayın. 10 ilə yaxındır ki, bu normativ sənəd hazırlanmır və heç bir məmur gəlir deklorasiyası vermir. Çünki o gəlir deklorasiyası verəndə soruşacaqlar ki, bu vəsaiti haradan almısan? Biznesə qoyduğun bu vəsaitin mənbəyi nədir? Tutaq ki, 28 il müstəqillik dövründə bunlar qazanıblar, özəlləşmədə ciddi əyintilər olub, ölkədə müəyyən qarışıqlıqlar baş verib, müəyyən əmlaklar, vəsaitlər əldə ediblər. Deyirik ki, gəlin maliyyə amnistiyası aparaq, bu insanların əlindən bu pulu almaq mümkün deyil. Maliyyə amnistisiyası verək, həmin insanlar həmin vəsaiti gətirib Azərbaycanda investisiya qoysunlar”.
V.Əhmədov inhisarçılıqla bağlı sahibkarlardan yüzlərlə şikayət aldığını, bazara girməyin mümkün olmadığını bildirib: “Topdansatış bazaları var, onlar özbaşına əmələ gəlməyib. Hər topdansatış bazasının öz məmuru var, onun başında oliqarx dayanıb. Sən ancaq ordan almalısan, birbaşa kəndlidən alıb gətirib bazara çıxra bilməz. Arada olan bu halqalar qırılmasa, mümkün deyil. Kəndli, fermer məhsulunu birbaşa bazara çıxara bilsə, əlbəttə qiymət aşağı düşəcək”.