Azərbaycanın podratçı şirkəti "qapalı" fəaliyyət göstərəcək
Azərbaycanda qabaqcıl podratçı şirkət "IMA Energy" MMC təşkilati-hüquqi formasını dəyişib.
"ENA" şirkətin elanına istinadən xəbər verir ki, şirkət Qapalı Səhmdar Cəmiyyətinə çevrildiyini elan edib. İndiyədək "IMA Energy" Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) kimi fəaliyyət göstərirdi.
"IMA Energy" MMC 2006-cı ildə elektrik dizayn fəaliyyəti məqsədi ilə yaradılıb. "İMA Energy" şirkəti həm iri, həm də, orta miqyaslı layihələrdə əməliyyat xidmətlərini göstərib.
"IMA Energy" Elektrik yarımstansiyalarının tikintisi və yenidən qurulması, Elektrik ötürücü xəttlərin tikintisi, Tikinti və söküntü ərazisi üçün müvəqqəti elektrik işləri, Yüksək və aşağı gərginlikli hava və yeraltı kabellərin quraşdırma işləri,Yüksək və aşağı gərginlikli dəmir dirəklərin tikintisi, Transformator məntəqələrin tikintisi və bərpası, Paylayıcı məntəqələrin tikintisi və bərpası, Layihələndirmə işləri, Elektrik avadanlıqlarının quraşdırma işləri, Yolların, parkların, bina üzlüklərinin işıqlandırma işləri, Yaşayış və qeyri-yaşayış yerlərdə daxili və xarici elektrik naqilləri quraşdırma işləri, Nəzarət cihazlarının quraşdırılması xidmətlərini göstərir.