Vakansiyalar

"Unibank" işçi axtarır - VAKANSİYA

Şirkətin adı: Unibank KB
Yerləşmə: Bakı
Sektor: Bank/Risklərin idarə edilməsi
Vəzifə: İT Risklər üzrə Mütəxəssis
Müqavilə şərtləri: Daimi

Bank haqqında

Unibank – Azərbaycanın 1992-ci ilin avqust ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın birləşməsindən sonra, onun adı 2002-ci ilin oktyabr ayının 15-də Unibank-a dəyişdirilmişdir. 2003-cü ildə Bankın kapitalına Avropa Yenidənqurma və İnkişaf Bankı, 2005-ci ildə isə DEG – Alman sərmayə korporasiyası qoşulmuşlar.

Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Bu zaman biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik.  Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.
Fəaliyyətimizin başlıca prioriteti kimi müştərilərin tələblərinə xüsusi diqqət ayırmaqla bərabər, biz həmçinin əməkdaşlarımızın qayğısına qalırıq, çünki onlar strategiyamızın müvəffəqiyyətlə həyata keçirilməsində aparıcı rol oynayırlar. Məhz buna görə də, bir İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Bizim baza dəyərlərimizə (birlik, açıqlıq, etibarlılıq) müvafiq olaraq, biz cari və gələcək biznes-məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın, inkişafını təmin etməyə çalışırıq. İnkişaf strategiyasının həyata keçirilməsi məqsədilə, Unibank,  bankın imici və təqdim edilən məhsullar və xidmətlərin keyfiyyəti üçün məsuliyyəti dərk edən loyal əməkdaşlar.

Başlıca öhdəliklər və məsuliyyətlər

• Əsas İT sistemlər və informasiya infrastrukturunda yarana biləcək əsas risklərin aşkar edilməsi, analizi və qiymətləndirilməsi;
• Risklərin minimallaşdırılması üzrə tövsiyələrin hazırlanması.

Namizədin Profili

• Ali təhsil (Tətbiqi riyaziyyat, İnformasiya Texnologiyaları, Fizika üzrə);
• İT sahəsində iş təcrübəsi; 
• İSO 27000/27005 tələbləri barədə təsəvvürə malik olmaq arzuolunandır.

Aşağıda qeyd edilmiş hər hansı sahə üzrə biliklərin olması zəruridir:

• Windows, Linux əməliyyat sistemləri üzrə təməl biliklər;
• TCP/İP və UDP, Routing, FireWall, VPN, WiFi, VoİP (Voice over İP) protokol və şəbəkələrin quruluş və fəaliyyət prinsiplərini anlamaq;
• OSİ/DoD (TCP) modeli üzrə təməl anlayışa sahib olmaq;
• Kompyuter və şəbəkə təhlükəsizliyi, web- əlavələrinin və onların texnologiyalarının təhlükəsizliyi, kriptoqrafiya şifrələnməsinin əsasları prinsiplərini anlamaq;
• Təhlükəsizliyin təmin edilməsi üsullarının/müdaxilələrin aşkar edilməsi sistemlərinin iş prinsiplərini anlamaq (korporativ antiviruslar, WAF, IDS/IPS, UTM, NGFW və s.);
• Proqram təminatının hazırlanma prinsiplərini anlamaq;
• Əsas şəbəkə servislərini anlamaq (DNS, DHCP, NTP, SNMP və s.);
• Sadalanmış sertifikatlardan azı birinin mövcud olması arzuolunandır: CİSCO İT Essential, Comptia İT Fundamentals, CİSCO CCENT, CCNA, Comptia Network+, CISCO CyberOPS, Comptia Security +, Comptia CSA, ISACA CRISC, ITIL Foundation, ISACA COBIT 5.

Göstərilən tələblərə cavab verən namizədlər https://unibank.az/az/hrsnew/vacanciesHrm/232 linkiylə keçid edib və vakansiyaya müraciət edə bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department