TURİZM

AZAL qış uçuş cədvəlini açıqladı

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) oktyabrın 27-dən etibarən qış uçuş cədvəli qüvvəyə minib.

Bu barədə “ENA”ya AZAL-dan bildirilib. 

Qış uçuş cədvəli çərçivəsində Bakıdan aşağıdakı istiqamətlər üzrə birbaşa reyslər həyata keçiriləcək:⠀⠀

- Almatı
- Ankara
- Antalya
- Pekin
- Berlin
- Dubay
- Gəncə
- İstanbul
- Ciddə
- Küveyt
- London
- Milan
- Moskva
- Naxçıvan
- Nyu-York
- Paris
- Sankt-Peterburq
- Tel-Əviv⠀⠀

Həmçinin 20-dən çox istiqamət üzrə uçuşlar "code-share" tərəfdaş aviaşirkətlər ilə birlikdə yerinə yetiriləcək. Gəncədən Bakı və Moskvaya reyslər, həmçinin Sankt-Peterburqa çarter reysləri həyata keçiriləcək. Lənkərandan Moskvaya birbaşa reyslər həftədə bir dəfə olmaq ilə davam etdiriləcək. Qış uçuş cədvəli 28 mart tarixinədək qüvvədə olacaq. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)