ENA+

Tramp Bağdadi haqqında - “İT KİMİ ÖLDÜ, FİLM KİMİ İZLƏDİM"

ABŞ prezidenti Donald Tramp İŞİD lideri Əbubəkr əl-Bağdadinin Suriyada keçirilmiş əməliyyat zamanı öldürüldüyünü bəyan edib.

ENA.az xəbər verir ki, Ağ Ev rəhbəri Bağdadinin özünü partladaraq 3 uşağı ilə birlikdə öldüyünü deyib:

“İŞİD qurucusu və lideri əl Bağdadi öldü. ABŞ əsgərləri möhtəşəm idi. Heç bir hərbçimizi itirmədik. Bağdadi illərdir, qaçırdı. “Əl Qaidə”nin başına keçmək istəyirdi. Əməliyyatda köməklik göstərən Rusiya, Türkiyə, İraq və Suriyaya, kürdlərə təşəkkür edirəm. İt kimi, qorxaq kimi öldü. Rusiyanın, İraqın nəzarət etdiyi bölgələrdən, 8 helikopterlə Türkiyənin hava məkanından keçdik. Divarları partladıb içəri keçdik. Bunları izləmək imkanım oldu. Bir film kimi izlədim, mükəmməl idi”.  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)