Mikayıl Cabbarov dəyişiklik edəcəyi - QURUMU AÇIQLADI - VİDEO
«İqtisadiyyatımızda hələ də antiinhisar sahəsində problemlər var»
ENA.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət televiziyasına açıqlamasında bildirib. Onun sözlərinə görə, bu hal (yəni antiinhisar sahəsindəki problemlər) özünü müxtəlif amillərdə büruzə verir. «Bu ilk növbədə qiymətlərin nizam intizamının pozulması və bazara çıxışın məhdudlaşdırılmasıdır»-deyə nazir bildirib.
Eləcə də bax: Yeni iqtisadiyyat naziri dövlət qurumlarının tariflərinə yenidən baxılması üçün danışıqlara başlayacaq
M.Cabbarov vəziyyəti düzəltmək üçün bir sıra addımların atılacağını anons edib: «Ona görə də bizim başlıca vəzifələrimizdən biri antiinhisar orqanının fəaliyyətini gücləndirmək, onu zəruri mütəxəssislərlə təmin etməkdir. Digər tərəfdən çatışmayan qanunları qəbul edib, mövcud olan qanunları isə tətbiqini gücləndirəcəyik».
Nazirin bu barədə açıqlamasını videoda 5-30-dan başlayaraq izləmək olar.