“2020-ci ildə tam üzən məzənnə rejiminə keçməyimiz mümkün deyil”
![](https://ena.az/uploads/news/2019-10/_ena_d5bb6d2c8e23cf475d214e39c_o.jpg)
“2020-ci ildə “Tam üzən məzənnə” rejiminə keçməyimiz mümkün deyil. Bunu o zaman edə bilərik ki, inflyasiyanın hədəflənməsi rejiminə keçək”.
ENA.az xəbər verir ki, bunu “Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında deyib.
“Açıq demək lazımdır, biz sabit məzənnə rejimində qalmağa məcburuq. Bu gün Azərbaycandakı aşağı inflyasiyanın başlıca səbəbi sabit məzənnədir. Biz baxmışıq, 30 yaxın neft ixrac edən ölkənin 27-də sabit məzənnə rejimidir”.