Vakansiyalar

"Polietilen istehsalı zavodu" işçi axtarır - VAKANSİYA

Abşeron rayonu,nMəmmədli kəndində yeni fəaliyyətə başlayan polietilen istehsalı zavoduna laborant axtarılır.

VƏZİFƏLƏR

• Laborator avadanlıqlarını tanıyıb onunla işləməyi bacarmalıdır
• Hər gün istehsal olunan məhsulların qeydiyyatını aparmalıdır
• İstehsal olunan məhsulun fiziki -kimyəvi analizləri və orqonoleptik göstəricilərinə nəzarət etməli
• İstehsal olunan məhsullar üzrə xammal, yarımfabrikat və hazır məhsulların mövcud standart və texniki şərtlərə müvafiqliyini təyin etmək üçün laboratoriya analizlərinin aparılması (nəmlik, turşuluq, qələvilik, su aktivliyi və digər tələb olunan analizlər.)
• Aparılan analizlər üzrə lazımı hesabatların hazırlanması, Problem olduğu təqdirdə dərhal aidiyatı şəxslərə məlumat verilməsi
• Laboratoriya avadanlıqlarını təmiz saxlamalıdır

TƏLƏBLƏR

Təhsil: Ali ( Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "Kimya-texnologiya " fakultəsinin əla qiymətlərələ məzun olmuş tələbələrinə üstülnlük verilir)
- Cinsi-Kişi
- Kompüter biliyi: Word, Excell,İnternet.
- Dəqiqlik, analitiklik qabiliyyət
- Laboratoriyada titrimetrik analizlərin aparılması metodikasını bilmək
- Kimyəvi məhlullların hazırlanması qaydalarını bilmək
- Labarotoriya prosedura və standartlarına uyğun müxtəlif metallarla işləmək bacarığı, labarotoriyada olan cihaz və alətlərdən, kimyəvi preparatların saxlanılma və istifadə qaydalarını; analiz metodlarını; aparat və cihazların işlədilmə texnologiyasını; preparatlar haqqında normaları, göstərişləri; kimyəvi məhsullardan və preparatlardan istifadə qaydalarını; mütərəqqi metodları və təcrübələri bilməlidir.

Əlavə məlumatlar: - Əmək haqqı razılaşma əsasında;Şirkət tərəfindən naharla təmin edilmə;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə "Laborant" yazaraq renaismayilova@investel.az ünvanına göndərilməsi xahiş olunur. tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department