Aqrar

5 aqroparkın istifadəyə verilməsi gözlənilir

Ölkənin 33 rayonunda 262 min hektar ərazidə ümumi dəyəri 2,4 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatı yaradılır. 

Oktyabrın 18-də İqtisadiyyat Nazirliyində keçirilmiş geniş kollegiya iclasında bildirilib ki, ümumi dəyəri 764 milyon manat olan 27 aqropark və iri fermer təsərrüfatının yaradılmasına 192 milyon manat dövlətin güzəştli kredit vəsaitləri ayrılıb. 

Əlavə olaraq 23 aqropark və iri fermer təsərrüfatı üzrə ümumi dəyəri 759 milyon manat olan 45 layihəyə investisiya təşviqi sənədi verilib. İnvestisiya təşviqi sənədi hesabına qənaət olunmuş 25,2 milyon manat vəsait layihələrin icrasına yönəldilib.

Aqroparklardan 28-i artıq istifadəyə verilib, ilin sonunadək daha 5-nin istifadəyə verilməsi gözlənilir. 

Ümumilkdə, bu aqroparklarda  5500 daimi iş yerinin açılması nəzərdə tutulur, artıq istifadəyə verilmiş aqroparklarda 2200 iş yeri açılıb. Aqroparklar və fermer təsərrüfatları tam istifadəyə verildikdən sonra 14 mindən çox iş yerinin yaradılması və ilkin hesablamalara görə, il ərzində 800 milyon manatdan artıq məhsul istehsalı və emalı, xidmətlərin göstərilməsi nəzərdə tutulur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)