Bakıda 100 hektar çirklənmiş ərazi bərpa ediləcək - 3,7 MİLYON MANATLIQ MÜQAVİLƏ
Suraxanı rayonunun inzibati ərazisində keçmiş yod-brom zavodunun ətrafında 100 hektar çirklənmiş ərazi bərpa ediləcək, yaşıllıqlar salınacaq və damcılı suvarma sistemi qurulacaq.
ENA.az xəbər verir ki, "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" MMC "Aztikintiyol" MMC ilə müqavilə bağlayıb.
Müqaviləyə əsasən, "Aztikintiyol" "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu"nun sifarişi ilə 100 ha çirklənmiş ərazini bərpa edəcək.
Müqavilənin məbləği 3 milyon 668 min manatdır.
Qeyd edək ki, “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC Azərbaycan Respublikasında yaşıllıqların salınması sahəsində xidmətlər göstərən, yaşıllıqların salınması, becərilməsi, bərpası və artırılması, müvafiq infrastrukturların inkişafı ilə bağlı digər işlərin, o cümlədən landşaft quruluşu işlərinin yerinə yetirilməsini təmin edən qurumdur. ASC Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 iyun tarixli 2868 nömrəli Sərəncamına əsasən təsis edilib.