ENA+

ABŞ və Türkiyə razılığa gəldi - Atəşkəs elan ediləcək

ABŞ-ın vitse-prezidenti Mayk Pens Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra açıqlama verib.

ENA”nın “Anadolu” agentliyinə istinadən məlumatına görə, ABŞ və Türkiyə Suriyada atəşkəslə bağlı razılığa gəlib. “ "Sülh Çeşməsi” hərəkatına 120 saatlıq fasilə veriləcək. ABŞ YPG-nin bölgədən çəkilməsini təmin edəcək”, - deyə Pensin açıqlamasında bildirilir.

Eləcə də bax: Trampın prezident Ərdoğana “dəli olmayın” mesajlı məktubu “zibilə atıldı”: SON DƏQİQƏ 

O əlavə edib ki, Türkiyə və ABŞ Suriyanın şimal-şərqində İŞİD-in tamamilə yox edilməsi barədə də ortaq fikrə gəlib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)