ENA+

Trampın prezident Ərdoğana “dəli olmayın” mesajlı məktubu “zibilə atıldı”: SON DƏQİQƏ 

ABŞ prezidenti Donald Trampın Türkiyə prezidenti Ərdoğana ünvanladığı və sonu “Dont be a fool” (tərcümədə “Axmaq olmayın”)  ilə bitən məktubu mətbuatda yayıldı. Məktuba bu dəqiqələrdə türkiyə tərəfdən reaksiya da açıqlandı. 
Ağ Evin blankında yazılmış və Trump-ın ən yaxın media orqanı olan Fox TV aparıcısı Trish Regan tərəfindən paylaşılan məktubun tam mətni belədir: 

Cənab Prezident,
Yaxşı bir müqavilə bağlamağa çalışaq. Siz minlərlə insanın öldürülməsinə görə məsuliyyət daşımaq istəməzsiniz, mən isə Türkiyə iqtisadiyyatını məhv etmək istəmirəm, edə də bilərəm. Bu mövzuda edə biləcəklərimin kiçik bir hissəsini Rahip Brunson-da ortaya ortaya qoymuşdum.
Sizin problemlərinizi həll etmək üçün çox çalışıram. Dünyanı xəyal kırıqlığına uğratmayın. Yaxşı bir razılaşma əldə edə bilərik. General Mazlum (PKK-çı Şahin Cilo) sizinlə müzakirə etmək istəyir. Keçmişdə heç cür qəbul etmədiyi bir çox məsələlərdə konsensusa gəlməyə hazırdır. Yeni aldığım, mənə ünvanladığı məktubu sizə göndərirəm.

Əgər bunu düzgün və insanlıqla edə bilsəniz, tarixdə müsbət şəkildə qalacaqsızınız. Əgər yaxşı şeylər baş verməsə, tarix sizi sonsuza qədər şeytan kimi görəcək. Çətin adam olmayın. Dəli olmayın.

Məktubun orijinal versiyası aşağıdakı kimidir:
------------------------------------------------------------

CNN TÜRK-ün yazdığına görə, Türkiyədən məktuba ilk cavab artıq gəlib. Mənbələrə görə, Türkiyə təklifi rədd etdi, məktub “zibilə” atıldı. Məktuba ən yaxşı cavabın isə “Barış Baharı Əməliyyatı” olduğu ifadə edildi. 
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)