Sosial iqtisadiyyat

“Koreya Türk Şurasında müşahidəçi olmaq istəyir”

Koreya Milli Assambleyasının sədri Mun Hi San Seulun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında müşahidəçi statusu almaqda maraqklı olduğunu qeyd edur.

“Mən düşünürəm ki, bizim də təşkilata (TDƏŞ – İF) müşahidəçi kimi üzv ola bilmək imkanımız var. Çox istərdim həyata keçsin”, – San çərşənbə günü Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüş zamanı bildirib.

Azərbaycan prezidentinin saytı Koreya spikerininsözlərindən sitat gətirir.

“Ural-Altay mədəniyyətinə daxil olan xalqlar həmişə ailəyə çox böyük önəm verib, böyükləri hər zaman özlərindən yüksəkdə tutublar. Buna görə də inanıram ki, biz eyni mədəniyyətə daxilik və bu əməkdaşlığımız uğurla nəticələnəcək”, – o əlavə edib.

Əliyev öz növbəsində qeyd edib ki, gələn il Zirvə Görüşü Türkiyədə keçiriləcək. “Koreya əgər müşahidəçi qismində iştirak edərsə, biz çox məmnun olarıq”, – Əliyev bildirib.

Dövlət başçısı qeyd edib ki, Macarıstan müşahidəçi kimi TDƏŞ-in tədbirlərində artıq ikinci dəfədir iştirak edir. “Bu, onu göstərir ki, bu təşkilat yeni üzvləri, müşahidəçi qismində iştirak edən yeni ölkələri qəbul etməyə çox böyük maraq göstərir”, – Əliyev vurğulayıb.

Onun sözlərinə görə, TDƏŞ-in Bakı sammitində həm qarşılıqlı siyasi dəstək göstərildi, eyni zamanda, iqtisadi sahədə bir çox önəmli layihələr müzakirə olundu. “Ona görə xahiş edirəm, siz bu məsələni ciddi müzakirə edəsiniz və ümidvaram ki, nəticələr yaxşı olacaq”, – prezident deyib.

TDƏŞ 2009-cu ildə yaradılıb. Təşkilatın üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyədir, Macarıstan – müşahidəçi ölkədir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)