Qubanın kəndində yaradılmış şirkət "Azərişıq"dan 19 milyon manatlıq sifariş aldı
"Azərişıq" ASC "Mal-materialların satın alınması" üzrə elan etdiyi növbəti tenderinin qalibini elan edib: "Qlobal-Elektro" MMC.
ENA.az xəbər verir ki, 18 iyul 2019-cu il tarixində "Azərişıq" ASC "Qlobal-Elektro" MMC ilə müqavilə imzlayıb. Müqavilə müxtəlif kabellərin satın alınmasını nəzərdə tutur. Müqavilənin məbləği 18 milyon 774 min 346 mantdır.
"Qlobal-Elektro" MMC-nin hüquqi ünvanı Quba rayonunun Nugədi kəndidir. 10 manat kapitala malik şirkətin direktoru Nazim Quliyevdir.
"Qlobal-Elektro" MMC 2018-ci ilin may ayında dövlət qeydiyyatına alınıb.
"Azərişiq" bu il Aprelində də "Qlobal-Elektro" MMC-dən 1 milyon 46,4 min manatlıq müxtəlif məhsullar satın alıb.
İndiyədək "Azərişıq" ASC "Qlobal-Elektro" MMC ilə ümumi məbləği 21 milyon 742 min manat olan 6 müqavilə imzalayıb.
"Azərişıq" "Qlobal-Elektro" MMC-dən ofis ləvazimatları, hətta avtomobil ehtiyat hissələri də satın alıb.
“QLOBAL-ELEKTRO” KABELLƏ BƏRABƏR PROQRAM TƏMİNATI DA SATIR
Sentyabr ayında da dövlət elektrik paylayıcı şirkəti "Azərişıq" "Qlobal-Elektro" MMC ilə iki müqavilə bağlayıb.
Müqavilələrə görə, "Qlobal-Elektro" MMC "Azərişıq" ASC-yə "İşə davamiyyət və giriş-çıxış nəzarəti" və "Satınalma və sifarişlərin idarə olunması" üçün proqram təminatları təqdim edəcək. Proqramların alınması 1 milyon 33.9 min manata (608.2 min ABŞ dolları) başa gələcək.