"İlin sonundək 19 növ müavinət proaktiv xidmət kimi vətəndaşlara təqdim ediləcək"
"Bu ilin sonuna qədər 19 növ müavinətin proaktiv xidmət olaraq vətəndaşlara təqdim edilməsi nəzərdə tutulur".
ENA.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə, proaktiv xidmət odur ki, vətəndaşlardan nəinki yazılı, hətta elektron müraciətlərin daxil olmasına da ehtiyac olmur. Onun hüququ dövlət tərəfindən tanınaraq təmin olunur. Bu sırada həm əlilliyə, həm yaşa, həm də ailə başçısını itirməyə görə olan müavinətlər yer alır".
S.Babayev bildirib ki, bunların hər biri barədə ilin sonuna qədər ardıcıl məlumat veriləcək: "Ümumilikdə, fikrimiz ondan ibarətdir ki, ilin sonunadək illik 25 min müraciəti əhatə edən pensiya təyinatı və 150 min müraciəti əhatə edən sosial müavinət təyinatını tam şəkildə proaktiv xidmətlərə keçirək. Bu xidmətlər elektronlaşdırıldıqdan sonra il ərzində orta hesabla 200 minədək müraciətin proaktiv qaydada icra edilməsi təmin ediləcək".