Elm və Texnologiya

Hökuməti elektron ticarətlə bağlı platformaları inkişaf etdirmək istəyir

“Hazırda Azərbaycan əhalisi xarici elektron ticarət platformalarından istifadə edir, amma yerli platformaların inkişafı dövlət qurumlarının diqqətində olmalıdır”.

ENA.az xəbər verir ku, bunu jurnalistlərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Rəşad Əzizov deyib.

Onun sözlərinə görə, Azərbaycanda elektron ticarətin inkişafı vahid sənəd çərçivəsində həyata keçiriləcək: “Bunun üçün zərurət yaranıb. Elektron ticarətlə bağlı müxtəlif istiqamətlər Azərbaycanda qəbul edilən Strateji Yol Xəritələrində öz əksini tapıb və müxtəlif qurumlar həmin istiqamətlərə cavabdehlik daşıyır. Bakıda keçiriləcək elektron ticarət forumu çərçivəsində aparacağımız müzakirələr bizə bu məsələ ilə bağlı yekun qərar verməyə imkan verəcək. Ötənilki bu cür tədbirdə qəbul edilmiş bəyannamə tövsiyyə xarakterli olsa da aidiyyatı qurumlara təqdim olundu. Artıq vahid sənədin hazırlanması istiqamətində işlər aparılır. Ümid edirəm ki, bu il keçiriləcək II forum bu prosesi daha da sürətləndirəcək". 

"Ötən il keçirilən Elektron Ticarət Forumunda irəli sürülən bəyannamə tövsiyyə xarakterli olsa da aidiyyatı qurumlara təqdim edildi. Artıq vahid sənədin hazırlanması istiqamətində işlər aparılır. Ümid edirəm ki, bu il keçiriləcək ikinci forum bu prosesi daha da sürətləndirəcək", -  deyə Rəşad Əzizov bildirdi. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)