Aqrar

Pirallahı Sənaye Parkının rezidenti zəfəran məhsullarını satışa çıxarıb - QİYMƏTLƏR

Zəfəranın 1 qramı 28,75 manatdan satılır. Şirkət 1 kiloqram zəfərən sataraq 28 min 850 manat gəlir götürməyi hədəfləyir.

Pirallahı Sənaye Parkının 5 rezidentindən biri olan “Absheron Saffron Ltd" MMC məhsullarını satışa çıxarıb.

ENA.az xəbər verir ki, şirkət bir sıra marketlərdə özünə məxsus satış rəflərini yerləşdirib. Rəflərdə zəfəran və zəfəran mürəbbələri yer alır.

Eləcə də bax: İran dünya ölkələrini zəfəranla təmin edəcək iri şirkət yaradır

Şüşə qablaşdırmada təklif edilən 1 qram zəfəranın qiyməti 28 manat 75 qəpikdir. Zəfərən mürəbbəsinin 30 qramı isə 1 manat 95 qəpiyə təklif olunur.

“Absheron Saffron Ltd" Məhdud Məsuliyyətli Cəmiyyəti 9 yanvar 2019-cu il tarixində Pirallahı Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Bildirilmişdi ki, müəssisədə İtaliya, Türkiyə texnologiyaları ilə zəfərandan mürəbbə, limonad, qurudulmuş zəfəran istehsal ediləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)