BİZNES

Azərbaycanda bankları və sığorta şirkəti olan şəxsin iştirakı ilə daha bir şirkət yaradılıb

Vergilər Nazirliyi sentyabrın 11-də "Professional Real Estate Services" MMC-ni dövlət qeydiyyatına alıb. 

ENA.az xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, məhəllə 466, ev 206 (“Gilan Holdinq” MMC-nin baş ofisinin yerləşdiyi “Capital Towers”), nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Hikmər Abuzər oğlu İsmayılovdur.

Söhbət holdinqə daxil olan “AFB Bank” ASC-nin 99,64%-lik, “Azsığorta” ASC-nin isə 100%-lik, eləcə də “Bank of Baku” ASC-nin 31,11% -lik səhmdarından gedir. 

"Professional Real Estate Services" son 4 ay ərzində “NH İnvestment” MMC-dən sonra H.İsmayılovun iştirakı ilə yaradılan 2-ci şirkətdir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)