Sənaye

ABŞ neft qiyməti proqnozlarını aşağı saldı

ABŞ-ın Energetika Nazirliyinin proqnozuna əsasən qısamüddətli dövrdə neftin qiymətinin ucuzlaşması gözlənilir.

"ENA"nın RİA "Novosti"yə istinadən məlumatına görə, nazirliyin saytında dərc edilmiş xəbərdə qeyd edilir ki, ilin sonuna kimi "Brent" markalı neftin bir barelinin qiyməti 59 dollar səviyyəsində qalacaq.

Qeyd edilir ki, buna baxmayaraq növbəti ilin ikinci rübündə neftin qiyməti 57 dollara qədər ucuzlaşacaq.

Nazirlik belə dəyişikliklərin səbəbini "qara qızıl"ın dünya ehtiyatlarının artımı ilə izah edib.

İdarənin proqnozunda həmçinin göstərilir ki, qiymətlərin düşməsi gələcəkdə neftin bir barelinin qiymətinin 62 dollara qədər artımı ilə əvəzlənəcək. 2020-ci ildə orta proqnozlaşdırılan qiymət təxminən 60 dollar təşkil edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)