Vakansiyalar

Aztelekom işçi axtarır - VAKANSİYA

Aztelekom” MMC hazırda baş ofisin Strateji Layihələr Şöbəsində Analitika və Planlama Sektoru Müdiri vəzifəsi üzrə işçi qəbulu elan edir.

Əsas vəzifə və öhdəlikləri:

1. Planlaşdırma və Analitika prosesslərini və ona aid olan bütün sənədləri yaradıb, daim təkmilləşdirmək və prosesə riayət eetmək.
2. Tabeçiliyində olan işçilərə rəhbərlik edir, onların arasında iş yükünü səmərəli paylaşdırır;
3. Hədəflərin əldə edilməsi və saxlanılmasına yönəlmiş, informasiyanı təhlili edir;
4. Sektorun planlanlaşdırılmasını, inkişafını və koordinasiyasını təmin edir;
5. Departament daxili biznes-proseslərin tənzimlənməsi, tədbiqi və yerinə yetirilməsinə nəzarət edir;
6. Hesabat standartlarının hazırlayır və həyata keçirir, hesabatların yenilənməsi prosesinin təşkil edir, bütün maraq göstərən bölmələrinə hesabatlarla məlumatlı olmağını təmin edir;
7. Daxili informasiya sistemindən məlumatların emalını, analizinı və təqdimatını təşkil edir;
8. Tabeçiliyində olan personalın fəaliyyətini qiymətləndirir və zəruri hallarda Kadrların İnkişafı və Qiymətləndirilməsi Şöbəsi ilə birgə onlar üçün Fərdi İnkişaf Planı hazırlayır;
9. Sektor qarşısında qoyulan işləri Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla aparılmasına nəzarət edir;
10. Planlama və analitik məlumatların idarəedilməsi proseslərinin Departamentin Prosedurlarına uyğun olaraq aparılmasına nəzarət edir;
11. Sektorun “İşçiləri” tərəfindən öz vəzifə öhdəliklərinin və daxili əmək intizamı qaydalarının yerinə yetirilməsinin təmin edilməsi üzrə tədbirlər görür;
12. Sahəsinə aid olan Daxili Qaydaların, Təlimatların, Proseslərin, Prosedurların tərtibatına və onların daimi müasirləşməsinə, eyni zamanda istifadəsinin riayət olunmasına dair tədbirlər qörür;
13. Tabeçiliyində olan personalın inkişafını təmin edir;
14. “İşəgötürənin”strateji məqsədlərinə nail olmağa doğru istiqamətlənir;
15. Sektorunun fəaliyyəti ilə bağlı rüblük, yarımillik və illik işini təhlil edir və müəyyən olunmuş qaydada birbaşa rəhbərinə hesabat təqdim edir;
16. Sektorun fəaliyyətinin keyfiyyətini artırılması məqsədi ilə, tabeçiliyində olan personala dəstək olur və onların öhdəliklərini üzərinə götürür;
17. Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.

Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:

1. Ali Təhsilli;
2. Layihələrin idarəedilməsi sahasində ən azı 5 il təcrubəsi olmalıdır
3. Rəhbərlik üzrə ən azı 3 il iş stajına malik olmalıdır;
4. Azərbaycan, ingilis və rus dillərini mükəmməl bilməlidır;
5. İnkişaf olunmuş liderlik yetkinlikləri, təqdimat və təşkilatçılıq bacarıqlara malik olmalıdır;
6. İdarəetmə və planlama sahəsinə aid olan sənədlərin tərtib etmə bacarığına yüksək səviyyədə malik olmalıdır;
7. Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri mükəmməl bilməlidir;
8. Kompüter bilikləri üzrə : MS Office (Word, Excel, Outlook Express, PowerPoint və s.), Visio və MS Project programlarını mükəmməl bilməlidir;
9. Öz sahəsi üzrə təlim-tədrisləri hazırlama qabliyyətinə yüksək səviyyədə malik olmalıdır;
10. Peşəkar ünsiyyət psixologiyasını bilməlidir;
11. İşgüzar yazışma əsaslarını bilməlidir;
12. Korporativ İdarəetmə sisteminin əsaslarını və Korporativ Mədəniyyətin əsaslarını bilməlidir.

MAAŞ GÖZLƏNTİSİNİ (CV-də) və müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (Analitika və Planlama Sektorunun Müdiri) qeyd etməyinizi xahiş edirik: E-ünvan: hr@aztelekom.az
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department