“Asan İmza” sertifikatları elektron şəkildə veriləcək - YENİLİK
Bu il Azərbaycanda yeni vergi ödəyicilərinin 90%-i elektron şəkildə dövlət qeydiyyatına alınıb”.
ENA.az xəbər verir ki, bunu Vergilər Nazirliyinin Dövlət Qeydiyyatı Departamentinin rəhbəri Ələkbər Məmmədov deyib.
Onun sözlərinə görə, bu göstərici iyul-sentyabr ayları üzrə 93% təşkil edib.
Nazirlik rəsmisi onu da deyib ki, “Asan İmza” sertifikatlarının elektron şəkildə verilməsi üçün işlər aparılır: “Tezliklə sahibkarlar “ASAN Xidmət” mərkəzlərinə getmədən “Asan İmza” sertifikatı ala biləcəklər”.