Sənaye

Rusiya Azərbaycanda AES tikmək istəyir - Rəsmi Bakıdan CAVAB

Azərbaycan Rusiya tərəfindən ölkədə atom elektrik stansiyasının (AES) tikintisi ilə bağlı irəli sürülən təklifi nəzərdən keçirir.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Energetika naziri Pərviz Şahbazov deyib.

Eləcə də bax: Rusiya Azərbaycanda AES tikməyi təklif edib

Nazirin sözlərinə görə, Rusiya bu sahədə böyük təcrübəyə malikdir və bu ölkənin dünya üzrə bir çox analoji layihələri var: “Bizə də təklif olunub və Azərbaycan bu təklifi nəzərdən keçirir. Amma konkret bir şey demək hələ tezdir”.

Qeyd edək ki, Rusiya dövlət nüvə enerjisi üzrə ROSATOM-un baş direktoru Aleksey Lixaçev jurnalistlərə açıqlamasında bildirib ki, ölkəsi Azərbaycanda AES inşa etməyi təklif edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)